İsrail ordusu ilk dəfə Qəzzanın cənub rayonlarının əhalisini dərhal evlərini tərk etməyə və sığınacaqlarda gizlənməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir.
İsrail təyyarələrindən atılan elanlarda Xan Yunisin şərq məhəllələrinin sakinlərinə müraciət olunur:
“Təhlükəsizliyiniz üçün siz dərhal yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz”.
Qeyd edək ki, İsrail müharibə başlayandan indiyədək qəzzalıları zolağın şimalından cənubuna köçməyə çağırıb. Hazırda isə əməliyyatlar cənuba yönəlir.