İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə iki həftə ərzində tam nəzarəti ələ keçirə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusalem Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda şəhər ərazisinin 60-70%-i əməliyyat nəzarəti altındadır.
Qeyd edilir ki, hazırda Rəfahın Şabura və Tel əs-Sultanın rayonlarında HƏMAS-ın son iki batalyonu ilə döyüşlər artıq başlayıb.