İsrailin Beyruta zərbələri nəticəsində Fələstinin Azadlığı Xalq Cəbhəsinin 3 lideri öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Hücum Beyrutun mərkəzindəki Dahiya məhəlləsi yaxınlığında həyata keçirilib. Nəticədə Fələstinin Azadlığı Xalq Cəbhəsinin üzvü və hərbi təhlükəsizlik departamentinin rəhbəri Məhəmməd əl-Al, hərbi qanadın üzvü və komandir İmad Ouda və başqa bir yüksək vəzifəli şəxs Əbdülrəhman Əbd əl-Al öldürülüblər”, – məlumatda qeyd olunub.