İsrail hücum edəcək, lakin… – SEPAH

İsrail hücum edəcək, lakin… – SEPAH

İsrail genişmiqyaslı hücuma keçməyəcək, məhdud simvolik cavab zərbəsi ilə məhdudlaşacaq.

AzerTimes xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial-mədəni dəstək üzrə baş qərargah rəisi Məhəmməd Əli Cəfəri deyib.

“İsrail yəqin ki, cavab addımı (İranın 1 oktyabr hücumuna – red.)kimi təqdim etmək üçün səmərəsiz, məhdud və kiçik bir hücum həyata keçirəcək. İranın reaksiyası düşmənin hücumunun ciddiliyindən asılıdır: irimiqyaslı və əhəmiyyətli olsa, mütləq cavab alacaq və bu dəfələrlə güclü olacaq”, – deyə o bildirib.

Teqlər: