İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Adlun bölgəsində Hizbullahın silah anbarlarının yerləşdiyi əraziyə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hərbi okyektlərə beş raket atılıb və nəticədə güclü yanğın baş verib.
Partlayış səbəbindən Sayda – Tir magistral yolu iki saatlıq bağlanıb.
Yerli mülki müdafiə xidmətinin məlumatına görə, üç mülki şəxs qəlpələrdən yaralanıb və xəstəxanaya aparılıb. Hizbullahın üzvləri arasında itkilərin olması barədə məlumat verilmir.