İsrail Hizbullahın sement zavoduna güclü zərbə endirdi

İsrail Hizbullahın sement zavoduna güclü zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubunda Hizbullah təşkilatına məxsus sement zavoduna irimiqyaslı zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə “Livan 24” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, təyyarə Məzraat əs-Sinay bölgəsində yerləşən obyektə azı səkkiz raket atıb. Yaxınlıqdakı dizel yanacağı çənlərinin vurulmasından sonra ərazidə güclü yanğın baş verib.

Səhiyyə Nazirliyi hücum nəticəsində 6 nəfərin yaralandığını bildirib.

Teqlər: