Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail ordusu Hizbullahın Suriyada 50, Livanda isə 3400 hədəfinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat yayıb.
O, həmçinin qeyd edib ki, İsrail İrandan Hizbullaha sursat tədarükünü dayandırmağa çalışır.