İsrail ordusunun hava zərbələri nəticəsində Livanın cənubunda iki Hizbullah komandiri – Əhməd Mustafa Əlhaj Əli və Məhəmməd Əli Həmədanı öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvəlləri məlumat yayıb.
Bildirilib ki, öldürülən şəxslər İsrail ərazilərinə çoxsaylı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olan Hizbullah komandirləridir.