İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Livanın cənubunda “Hizbullah”ın 10 obyektinə eyni zamanda zərbə endirib.
AzerTimes xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
Bildirilib ki, “Hizbullah”ın silahlı qüvvələri bombalanan obyektlərdən istifadə edirmiş. Məlumata görə, zərbələr Livanın cənubundakı Rəşaya əl-Fuxar kəndinin ərazisindəki mövqelərə endirilib. İnformasiyaya əsasən, İsrail ordusunun hədəfi silah anbarı, raketatan qurğular və infrastruktur obyektləri olub.