İsrail Hizbullaha zərbə endirməyə davam edir

İsrail Hizbullaha zərbə endirməyə davam edir

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah təşkilatının silahlı birləşmələrinin hədəflərinə yeni zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vurulan hədəflər arasında Aytarun yaşayış məntəqəsi ərazisindəki infrastruktur obyektləri və Ait əl-Şaab yaxınlığındakı buraxılış qurğusu da olub.

“İsrail Müdafiə Qüvvələri dövləti qorumaq üçün Hizbullah terror təşkilatının təhdidinə qarşı tədbirlər görməyə davam edəcək”, – deyə bildirilib.

Teqlər: