İsrailin yüksək səviyyəli rəsmiləri Məcdəl Şəmsə raket hücumuna cavab olaraq, İsrailin müdafiə naziri Yoav Qallanta Hizbullaha qarşı görüləcək tədbirlərlə bağlı variant təqdim ediblər.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Qallant hərəkət istiqamətini müəyyənləşdirib və müdafiə departamentinə müvafiq göstərişlər verib.
Nazirin İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi, Şin Bet rəhbəri Ronen Bar, MOSSAD rəhbəri Devid Barnea və digər rəsmi şəxslərlə görüşü də qeyd olunub.