İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda Hizbullah üzvlərini daşıyan avtomobili vurub.
AzerTimes xəbər verir ki, bu barədə Livanın “Əl Cədid” kanalı məlumat yayıb.
Məlumata əsasən, hücum Tir şəhərindən 7 km aralıda yerləşən Əl-Buzuriya kəndi yaxınlığındakı magistral yolda baş verib. Pikap maşınına edilən PUA hücumu nəticəsində biri səhra komandiri olmaqla, Hizbullahın 3 üzvü həlak olub.
Həmçinin hadisə nəticəsində yaralıların olduğu da vurğulanıb.