İsrail Müdafiə Qüvvələri Livanın şərqindəki Baalbek bölgəsində Hizbullahın hərbi obyektlərinə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Tir və Baalbek bölgələrində Hizbullah terror təşkilatının infrastruktur obyektlərinə zərbələr endirib”, – məlumatda bildirilib.
Hücum edilən hədəflər arasında qərargahlar və silah anbarları da var.