İsrail Hizbullah obyektlərinə yenə zərbə endirdi

İsrail Hizbullah obyektlərinə yenə zərbə endirdi

İsrail qırıcıları Hizbullah hərbi obyektlərinə növbəti dəfə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Livandan İsrail ərazisinə PUA ilə zərbə endirilməsinə cavab olaraq əməliyyat icra edilib:

“Bu axşam partlayıcı yüklü PUA Livan ərazisindən İsrailin şimalına uçub və Beyt Hilel bölgəsinə düşüb. Bir müddət əvvəl İsrail döyüşçüləri Livanın cənubundakı Mərvahin, Aita əş-Şab və Rab əl-Talatin bölgələrində Hizbullahın iki buraxılış qurğusuna və terror obyektlərinə zərbələr endirib”.

Teqlər: