İsrail aviasiyası Livanın cənubunda Hizbullahın mövqelərinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata əsasən, içərisində çoxlu sayda Hizbullah üzvünün olduğu avtomobil Marun ər-Ras kəndində vurulub. Həmçinin İsrail ordusu Hizbullahın Odaisse və Hiamdakı infrastrukturuna, Tayr Harfa və Marun ər-Rasdakı iki binaya və başqa bir hərbi obyektə də zərbələr endirildiyini bildirib.