İsrail hərbçiləri səhvən yəhudi girovları öldürdü

İsrail hərbçiləri səhvən yəhudi girovları öldürdü

Qəzza zolağında döyüş zamanı İsrail əsgərləri səhvən üç israilli girovu təhlükə olaraq qəbul edib, onlara atəş açaraq öldürüblər.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Şucayidə gedən döyüş zamanı İsrail hərbçiləri səhvən üç israilli girovu təhlükə kimi qəbul edib. Nəticədə hərbçilər onlara atəş açıb və onlar öldürülüb. Dərhal insidentlə bağlı araşdırma başladılıb”, – məlumatda deyilir.

Teqlər: