İsrail HƏMAS-ın Qəzzadakı postlarını bombaladı

İsrail HƏMAS-ın Qəzzadakı postlarını bombaladı

İsrail müdafiə qüvvələri gecə saatlarında radikal HƏMAS qruplaşmasının Qəzza zolağındakı hərbi mövqelərinə iki dəfə zərbələr endirib.

Bu barədə IDF-nin tvitter səhifəsində məlumat verilib.

Birinci hücumun HƏMAS-ın mövqelərindən partlayıcı maddələr olan şarların atılmasına cavab olaraq yeraltı infrastruktura və HƏMAS hərbi postuna edildiyi bildirilib.

İkinci dəfə isə İsrail ərazilərinə edilən raket hücumlarına cavab olaraq HƏMAS nöqtələrinə zərbələr endirilib.