İsrail Qəzzada HƏMAS-ın mövqeyini yenidən bombalayıb.
İsrail Müdafiə Nazirliyi Twitter hesabında bu barədə məlumat yayıb.
Bildirilir ki, İsrail qırıcıları HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasına aid nöqtəni hədəf seçib.
Hücumun gün ərzində Qəzzadan İsrail ərazisinə atılan raket zərbələrinə cavab olaraq gerçəkləşdiyi bildirilib.