İsrail və HƏMAS arasında Yaxın Şərqdə hərbi münaqişə daha da kəskinləşərsə, qlobal iqtisadiyyat maliyyə çətinliyi ilə üzləşə bilər.
AzerTimes xəbər verir ki, bunu “Allianz” şirkətinin baş iqtisadi müşaviri Məhəmməd əl-Ərian deyib.
O qeyd edib ki, münaqişə nə qədər uzun davam edərsə, qlobal ÜDM artımının azalması sürətlənəcək və inflyasiya yüksələcək:
“Yaxın Şərqdə geosiyasi gərginlik artarsa, qlobal iqtisadiyyat bazarları geniş şəkildə parçalanma riski ilə qarşı-qarşıya qalacaq.