ABŞ Prezidenti Co Bayden İsrail və HƏMAS arasında mümkün razılaşmanın detallarını açıqlayıb.
AzerTimes xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, İsrail və HƏMAS arasında mümkün razılaşma 6 həftəlik atəşkəsi özündə ehtiva edir.
Bayden əlavə edib ki, Qəzza zolağının bütün məskunlaşmış ərazilərindən qoşunların çıxarılması da razılaşmanın müddəalarından biridir:
“İkinci mərhələdə daimi atəşkəs əldə ediləcək, növbəti mərhələdə isə Qəzza zolağı yenidən qurulacaq”.