İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları HƏMAS-ın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin bacısını saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Kan” teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, 57 yaşlı Sabah Əbd əs-Salam Haniyə İsrail ərazisində yaşayır və HƏMAS-la əlaqələrdə ittiham olunur.
Onun İsrailin cənubundakı Təl-Şeva şəhərində yaşadığı bildirilir.