İsrail HƏMAS-la danışıqlardan imtina etdi

İsrail HƏMAS-la danışıqlardan imtina etdi

İsrail HƏMAS-la danışıqlar aparmaq üçün Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Belə ki, İsrail HƏMAS-dan bütün girovların siyahısını və onların necə mübadilə olunacağına dair aydın məlumat istəyib.

Lakin HƏMAS İsrail tərəfinin bu istəyini rədd edib.

“Beləliklə, İsrail bu gün Qahirəyə öz nümayəndə heyətini göndərməyəcək”, – mesajda qeyd olunub.

Teqlər: