İsrail ordusunun təyyarələri HƏMAS-ın “Rəfah” briqadasının yüksək rütbəli dəniz zabiti Məhəmməd Əbu Şamlanın iqamətgahını vurub.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında HƏMAS-ın əməliyyat komandanlıq mərkəzləri də bombalanıb:
“Bu mərkəzlər ötən şənbə günü yaraqlıların Qəzza ilə sərhəd bölgələrinə hücumunda istifadə olunub”.
“Ynet” nəşri isə “İslami-Cihad” qruplaşmasının liderlərindən biri Musa Nasirin də Qəzza zolağındakı evində İsrailin ərazini bombalaması nəticəsində öldürüldüyünü yazıb.