Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail ordusu indiyədək HƏMAS-ın yeraltı tunellərinin yalnız 40%-dən çoxunu məhv edə bilib.
AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” məlumat yayıb.
“Dağıntının dəqiq həcmini hesablamaq çətindir, çünki heç kim bu tunellərin nə qədər olduğunu bilmir. ABŞ və İsrailin məlumatlarına görə, yeraltı tunellərin yalnız 20-40 faizi istifadəyə yarrasız hala gətirilib. Bu da gözləniləndən aşağı nəticədir”, – nəşr bildirib.