Qəzza zolağının şimalında, İsraillə sərhəddə Erez sərhəd-keçid məntəqəsi yaxınlığında HƏMAS qruplaşmasının ən böyük hücum tunelini aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.
Bildirilib ki, təxminən 4 kilometr uzunluğunda olan tunel bəzi ərazilərdə yerin təxminən 50 metrə qədər dərinliyinə uzanır və avtomobillərin keçməsi üçün kifayət qədər genişdir.
O da qeyd edilir ki, İsrail ordusunun elit bölmələri tunelin yerini müəyyən etmək üçün kəşfiyyat və texnoloji imkanlardan istifadə edib.