İsrail ordusu HƏMAS hərəkatının üzvünü məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, terrorçu Nasir Yaqub Cabber HƏMAS təşkilatının Rəfahdakı hərbi fəaliyyətinin böyük hissəsinin maliyyələşdirilməsinə cavabdeh olub.
Bildirilib ki, o, dekabrda hərbi fəaliyyətlər üçün HƏMAS-a yüz minlərlə dollar köçürüb.