İsrail ordusu Qəzza zolağının şimalında uzunluğu bir kilometrdən çox olan tuneli məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Beyt Lahi bölgəsində HƏMAS-ın yeraltı tunel yolu aşkar olunaraq məhv edilib. Dağıdılan tunel marşrutunun uzunluğu bir kilometri keçir. Hərbçilər tunel marşrutu daxilində silahlar, elektrik infrastrukturu və trolleybus yolları aşkar ediblər”, – məlumatda bildirilib.