İsrail HƏMAS-ın baza kimi istifadə etdiyi məscidi vurdu

İsrail HƏMAS-ın baza kimi istifadə etdiyi məscidi vurdu

İsrail ordusu Cenindəki “Ənsar” məscidinə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“İsrail ordusu və İsrail Təhlükəsizlik Agentliyi (İSA) Cenindəki HƏMAS və “İslami Cihad”ın “Ənsar” məscidindəki terror kompleksini vurub”, – məlumata bildirilib.

Qeyd olunub ki, son kəşfiyyat məlumatı məscidin mülki şəxslərə qarşı terror hücumlarını planlaşdırmaq və həyata keçirmək üçün komanda mərkəzi kimi istifadə edildiyini göstərib.

Teqlər: