Qəzza zolağında əməliyyat başlayandan İsrail hərbçiləri HƏMAS-ın 10 yüksək rütbəli komandirini öldürüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari məlumat verib.
“Biz HƏMAS-ın səhra komandirlərini yerdə və yeraltı təqib edir və məhv edirik. Döyüş əməliyyatları başlayandan biz Baş Təhlükəsizlik Xidməti ilə birlikdə rütbəsi briqada komandirinə uyğun gələn 10 HƏMAS terrorçusunu məhv etmişik. Bunlar döyüşlərə komandanlıq etmiş rəhbərlərdir”, – o qeyd edib.