İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı hərbi-dəniz hədəflərini, o cümlədən dəniz vasitəsilə İsrailə sızmağa çalışan desantı məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə İsral ordusu məlumat yayıb.
“HƏMAS-ın İsrail sahillərinə terror hücumunda istifadə edilən Xan-Yunus və Qəzza şəhərindəki limanları raketlər, döyüş helikopterləri və yerüstü artilleriyadan atəşə tutulub. Bundan başqa, Hərbi Dəniz Qüvvələri Qəzzadan İsrailə keçmək istəyən dalğıcı məhv edib”, – məlumatda qeyd olunub.