İsrail iqtisadiyyatı HƏMAS hərəkatına və müttəfiqlərinə qarşı uzun müharibəyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a müsahibəsində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.
Onun sözlərinə görə, indi ölkənin müharibəni davam etdirməkdən başqa yolu yoxdur.
Ben Zvi qeyd edib ki, iqtisadi məsələ İsrailin hərbi əməliyyatları davam etdirməyə hazırlığına təsir etməyəcək.