İsrail ordusu Qəzzanın cənubunda, xüsusən də HƏMAS-ın yeraltı infrastrukturuna qarşı əməliyyatları daha da genişləndirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat yayıb.
Haqarinin sözlərinə görə, Xan Yunis bölgəsində İsrail ordusu Fələstin terror qruplaşmasının tunellərinə qarşı çox aktiv mübarizə aparır:
“Yaxın günlərdə 99-cu diviziyanın imkanlarını daha da genişləndirəcəyik. İndiyədək quru qoşunları Qəzza zolağı boyunca 30 minə yaxın partlayıcı, o cümlədən tank əleyhinə raketləri məhv edib və ya ələ keçirib”.