İsrail ordusu HƏMAS-ın hücumları nəticəsində həlak olan hərbçilərinin sayını yeniləyib.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 123 hərbçisi həlak olub.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad” hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.
İsrail ordusu “Dımir qılınc” əməliyyatına başlayıb.