İsrail müharibənin yeni mərhələsinə hazırlaşır. Bu mərhələ havadan, qurudan və dənizdən kompleks hücumu əhatə edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib.
“Biz hücuma davam edəcəyik. Bu, havadan, qurudan və dənizdən ölümcül birləşmiş hücum olacaq”, – Qallant Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşdə bildirib.