HƏMAS-ın İsrailə hücumundan ən çox zərər çəkən Fələstin xalqı olacaq. Çünki İsrailin indiyə qədər qınanılan Qəzzaya hücumları baş verənlərdən sonra legitimləşdi.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı HƏMAS və “İslami-Cihad”ın 7 oktyabrda “Əqsa tufanı” əməliyyatı başlatması və İsrailə hücumu haqda qeyd edib.
“İsrail Baş naziri Benyamin Netanyahu Qəzzanın boşaldılması çağırışını və dağıdıcı hücumun olacağını bildirib. İsrailin 1973-cü il sonra ilk dəfə rəsmi şəkildə müharibə vəziyyəti elan etməsi isə o deməkdir ki, döyüşün iki tərəfdən birinin tam məğlubiyyətinə qədər davam edəcəyi ehtimalı böyükdür”.