İsrailin müdafiə şirkəti “Rafael” yeni “SkaySonik” (SkySonic) raketini təqdim edib.
AzerTimes xəbər verir ki, Le Burje aviasalonunda təqdim edilən raketin son 3 ildə hazırlandığı bildirilib.
Məlumata görə, “SkaySonik” hipersəs raketi səsdən 10 dəfə sürətli uçan raketləri vurmaq gücünə malikdir.
Qeyd edək ki, İran bu ayın əvvəlində ilk hipersəs raketini (“Fəttah”) təqdim edilib. Bildirilib ki, onun sürəti səsdən 5 dəfə sürətlidir.