İsrail, Qətər və FİFA dünya çempionatı zamanı ərəb ölkəsində yəhudi dövlətinin müvəqqəti nümayəndəliyini açmaq və azarkeşlər üçün birbaşa uçuşlar təşkil etmək barədə razılığa gəlib.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin baş naziri Yair Lapid deyib.
“Uzun aylıq gərgin işdən sonra biz İsrail vətəndaşlarının Qətərdə keçiriləcək dünya çempionatına birbaşa reyslərlə uçmaq imkanı yaratdıq və çempionata gələcək azarkeşlərə xidmət etmək üçün Qətərdə İsrail nümayəndəliyi açılacaq”, – deyə o bildirib.
Qeyd edək ki, çarter reysləri Təl-Əvivin Ben Qurion hava limanından Qətərin Hammad hava limanına həyata keçiriləcək.