Təl-Əviv məhkəməsi “Əl-Cəzirə”nin fəaliyyətinə qoyulan qadağanı daha 45 gün uzadıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edək ki, İsrail hökuməti mayın 6-da “Əl-Cəzirə” televiziyasının İsraildəki yayımlarını dayandırmaq, ofisini bağlamaq, avadanlıqlarını müsadirə etməklə bağlı qərar verib.