İranın Ukraynadakı müharibədə iştirakı bütün dünya demokratları üçün oyanış çağırışıdır.
AzerTimes xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.
“Demokratik ölkələr İrana qarşı olmalıdır. Ukrayna ilə əməkdaşlıq İsrail üçün strateji əhəmiyyət kəsb edir. Kiyevə Qüdsün humanitar yardımı davam etdiriləcək”, – o bildirib.