İsrail “Rafael” şirkətinin istehsal etdiyi döyüş lazerini 2025-ci ilə qədər istifadəyə verməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə ADM jurnalı şirkətə istinadla məlumat yayıb.
“2025-ci ildə ilk sistemi İsraildə yerləşdirməyi planlaşdırırıq. O, ola bilsin ki, dünyanın ilk yüksək enerjili lazer sistemi olacaq”, – məlumatda qeyd olunub.
Məlumata görə, bu lazerin yardımı ilə İsrail ordusu raket, dron və minaatan mərmilərini vura bilir.