Xəbər - Aysel Quliyeva – Trend:
İsrailin Səhiyyə Nazirliyi bildirib ki, ölkədə 60 yaşdan yuxarı insanlara verilən dördüncü doza Covid-19 peyvəndi onları eyni yaş qrupunda üç dəfə peyvənd edilmiş insanlara nisbətən ciddi xəstəliklərə qarşı üç dəfə daha davamlı edib.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Qeyd edilib ki, bununla belə dördüncü doza peyvənd yüksək ötürücülüyü olan “omikron” ştammını tamamilə dayandıra bilmir.
İsrail bu ayın əvvəlində 60 yaşdan yuxarı insanlara Pfizer/BioNtech peyvəndinin dördüncü dozasını təklif edib. Çünki hazırda koronavirusun “omikron” ştammının yayılması bütün ölkəni əhatə edir.