İsrail Dəməşq yaxınlığındakı bir neçə nöqtəyə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Suriya dövlət mediası məlumat yayıb. Məlumatda Suriya müdafiə qüvvələrinin atılan raketlərin bəzilərinin qarşısını aldığı bildirilir.
Ölkədəki müharibə xəbərlərini tədqiq edən Suriyadakı İnsan Haqları təşkilatı bu hücumlarda Hizbullahın sursat anbarlarının hədəf alındığını və 2 nəfərin öldüyünü açıqlayıb.