İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qolan təpələrindən Dəməşqin Mezza rayonundakı yaşayış binalarından birinə hava hücumu həyata keçirib. Raket atəşi nəticəsində 3 mülki şəxs ölüb, 3 nəfər isə yaralanıb.