İsrail Suriyanın Dəməşq və Hələbdəki hava limanlarına zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, Suriya hava hücumundan müdafiə sistemləri işə salınıb.
İsrail tərəfi hələlik heç bir məlumat verməyib.