İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

HƏMAS hərəkatı tərksilah olunmaqdan imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək.

AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

“HƏMAS razılaşmasını yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ-la koordinasiyada HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq, Qəzzada reallığı dəyişdirmək və müharibənin bütün məqsədlərinə çatmaq üçün hərbi əməliyyatlara qayıdacaq”, – Katz bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da bənzər açıqlama ilə çıxış etmişdi.

Teqlər: