İsrailin zərbələri qarşısında heç nə edə bilməyən İran Bakını ittiham edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri siyasi şərhşi Asif Nərimanlı qeyd edib.
O bildirib ki, ittihamların “İsrail dronları Azərbaycandan qaldırılıb” istiqamətində olacağı istisna deyil:
“2019-cu ildə bir dəfə etmişdilər və bu iddianın tirajlanmasında Ermənistan mediası ilə erməni diasporu/lobbisinin Qərb mediasındakı bağlantıları İrana yardım etmişdi. Eyni kampaniyanın yenə başlayacağı gözlənləndir”.
Qeyd edək ki, kampaniya artıq başlayıb və bu məsələdə xüsusilə erməni mediası aktivlik göstərir. Ancaq SEPAH bu ehtimalı təkzib edib.