İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda radikal qruplaşma üzvlərini daşıyan avtomobilə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı məlumat yayıb .
Məlumata görə, Səidə şəhəri yaxınlığında Zəhrani ərazisində magistral yoldakı avtomobilə hücum olunub.
Silahlı birləşmələrin şəxsiyyəti hələlik məlum olmayan səhra komandirlərindən biri öldürülüb.
Öldürülən şəxsin Hizbullah üzvü, yaxud Fələstinin HƏMAS hərəkatına mənsub olduğu hələlik məlum deyil.