İsrail çempionu “Neftçi”də

İsrail çempionu “Neftçi”də

Bakının “Neftçi” klubu hücumçu transferi həyata keçirib. Qanalı futbolçu Qodsvey Donyo ilə 2 il müddətinə müqavilə bağlanıb.

AzerTimes klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı forvard komandanın heyətində 11 nömrəli formanı geyinəcək.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərənin “Mançester Siti” klubuna gətirilib. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden”, daha sonra “Falkenberq” klublarına icarəyə verib. Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyanın “Dinamo” (Drezden) klubuna icarəyə verilib. Donyo sonuncu klubu “Makkabi” (Hayfa) ilə İsrail çempionatının, Liqa Kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi transfer etmişdi.

Teqlər: