İsrail bunun üçün Baydenə ümid edir – Lapid

İsrail bunun üçün Baydenə ümid edir – Lapid

İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq səylərini dəstəkləmək üçün ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə səfərinə ümid edir.

AzerTimes xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid Baydenin krallığa səfərindən gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib.

“ABŞ prezidentinin buradan birbaşa Səudiyyə Ərəbistanına uçması, yəqin ki, münasibətləri yaxşılaşdırmaq imkanının olması deməkdir.

İsrail liderlərinin münasibətləri normallaşdırmaq istədiyi ölkələrin siyahısı var: Səudiyyə Ərəbistanı onların arasında birincidir”, – Lapid bildirib.

Məlumatda qeyd olunur ki, İsrail və Səudiyyə Ərəbistanının rəsmi diplomatik əlaqələri yoxdur, lakin İrana qarşı ortaq düşmənçiliklərinə görə gizli təhlükəsizlik əlaqələrini paylaşırlar.

Teqlər: