İsrail bunu səhv olduğunu başa düşməlidir – Tayani

İsrail bunu səhv olduğunu başa düşməlidir – Tayani

Biz İsraili Rəfah şəhərində hərbi əməliyyat həyata keçirməməyə çağırırıq. Ümid edirəm, İsrail tərəfi bunun səhv addım olduğunu və nəticədə daha çox mülki şəxsin əziyyət çəkəcəyini başa düşür.

AzerTimes xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.

O bildirib ki, İtaliya hökumətinin girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımının çatdırılmasının tərəfdarı olduğunu bir daha diqqətə çatdırıb.

“Biz iki xalqın, iki dövlətin həll yolu tapması üçün çalışırıq. Bu, çox çətindir. Tərəflər razılaşmır, lakin bölgənin sabitliyi üçün çalışmalıyıq”, – deyə nazir qeyd edib.

Teqlər: